Türkiyə şirkəti Kəlbəcər və Laçında 5 KSES-in yenidən qurulmasında iştirak edəcək

image

Gələn həftə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin "Demirören" Holdinqi Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının yenidən qurulmasına dair saziş imzalayacaqlar.

Renewables.az-ın məlumatına görə, bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” panelində çıxışı zamanı bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *