Türkiyənin Artvin şəhərində 39 MVt gücündə SES tikiləcək

image

Türkiyənin Artvin şəhərinin Yusifəli bölgəsində ümumi qoyuluş gücü 39,44 MVt olan Su Elektrik Stansiyası (SES) tikiləcək.

“Berpaolunanenerji.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yusifəli bölgəsindəki Zamevan çayı üzərində qoyuluş gücü 39,44 MVt olacaq “Damla” SES inşa olunacaq.

Layihə çərçivəsində gücü 34,342 MVt olan “Damla-1” və 5,098 MVt olan “Damla-2” SES-i qurulacaq.

SES-in ildə 115 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. İstehsal olunan enerji ildə 5 minə yaxın insanın elektrik təminatını qarşılaya biləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *