Türkiyənin ən hündür su elektrik stansiyasının tikintisi artıq başa çatıb.
"Berpaolunanenerji.az" yerli KİV-ə istinadən xəbər verir ki, təməli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2013-cü ilin fevral ayının 26-da Artvin şəhərinin Çoruh çayı üzərində atılan Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.
5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.
Qeyd edək ki, R.T.Ərdoğan bildirib ki, Türkiyənin dünyada 9-cu yerdə olduğu su elektrik enerjisinə 34 yeni su elektrik stansiyası əlavə edilib. İnvestisiya dəyəri 16 milyard türk lirəsi olan bu elektrik stansiyaları 6 ildə bütün gözləntiləri doğruldacaq. Anbarın aşağı axınında elektromexaniki və hidromexaniki işlər və çay yatağının düzülməsi işləri hələ də davam etdirilir.
Qeyd edək ki, Türkiyə hidroenerji qoyuluş gücünə görə dünyada 9-cu yerdədir.
Rəylər (0):