"BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması layihələrinə dəstək verir".
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu UNDP-nin Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bista “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib.
O, DİM-in əldə olunması və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində apardığı fəal işə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Rəylər (0):