Vətəndaşlar evlərinin damında bərpaolunan enerji qurğuları qurmaqla istehsal etdiyi elektrik enerjisini (tələb olunan enerjidən artıq olarsa) şəbəkəyə sata biləcəklər.
“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar zamanı təqdimatla çıxışında bildirib.
BOEMDA direktoru: "Bu aktiv istehlakçılara dəstək mexanizmi və ya kiçik güclərin dəstəklənməsi mexanizmi adlanır. Bu istiqamətdə qaydaların hazırlanması işləri intensiv sürətdə aparılır".
"Bununla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə qaydaların işlənməsi üzrə keçirilən layihənin cari ildə tamamlanması nəzərdə tutulur”, - deyə Əmmayev bildirib.
Qeyd edək ki, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanuna əsasən, vətəndaşlar istehsal etdiyi elektrik enerjisinin 1 kVt-saatını 0.05,7 (5,7 qəpik) AZN-dən (ƏDV daxil) sata biləcəklər.
Rəylər (0):