Vorvik Universiteti: Bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsində geniş imkanlar var

image

İngiltərənin Vorvik Universitetinin Xüsusi layihələr üzrə rəhbəri Gareth Roberts və Proqram direktoru Phil Lewis Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.

Renewables.az ADNSU-ya istinadla xəbər verir ki, nümayəndə heyəti ilə keçirilən görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, ADNSU-nun  elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, UFAZ-ın icraçı direktoru Lətifə Nəsibova iştirak ediblər.  

Qonaqları salamladıqdan sonra dosent Vazeh Əskərov universitet haqqında, eləcə də beynəlxalq əlaqələr və ikili diplom proqramları haqqında qonaqlara məlumat verib. Dövlətin təhsilə diqqətindən, xüsusi ilə də xarici universitetlərlə ikili diplom proqramları üzrə göstərilən dövlət dəstəyindən danışan dosent Vazeh Əskərov ADNSU-nun bir çox xarici ali təhsil müəssisələri ilə birgə əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək Vorvik universiteti ilə alternativ enerji sahəsində müasir çağırışılara cavab verən birgə ikili diplom proqramının həyata keçirilməsinin universitet üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

ADNSU-da olmaqdan məmnun olduğunu bildirən Vorvik Universitetinin nümayəndələri qonaqpərvərliyə və xüsusi diqqətə görə təşəkkürlərini bildiriblər.Vorvik Universitetinin Xüsusi layihələr üzrə rəhbəri G.Roberts müasir dövrün aparıcı sahəsi olan bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsində hər iki universitetin geniş imkanları olduğunu və bu sahədə birgə əməkdaşlığı daha da genişləndirməyin vacibliyini qeyd edib. 

Proqramdan irəli gələn məsələlərin müzakirə olunduğu görüşdə hər iki ali təhsil müəssisəsinin iştirakı ilə görüləcək konkret hədəflər qeyd olunub.  

Sonra qonaqlar ADNSU-nun Azİİ e-kitab Evində və laboratoriyalarda, həmçinin Minerologiya muzeyində olublar, auditoriyaları gəzib univeristetlə daha yaxından tanış olublar. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *