Xarici diplomatlar Kəlbəcər SES-də görülmüş işlərlə tanış olublar

image

Xarici diplomatlar “Kəlbəcər-1” Su Elektrik Stansiyasında (SES) görülmüş işlərlə tanış olublar.

“Berpaolunanenerji.az"ın məlumatına görə, işğal dövründə dağılmış vəziyyətdə olan kiçik SES hazırda işləkdir.

Təkcə Kəlbəcərdə deyil, işğaldan azad edilmiş digər ərazilərdə yerləşən SES-lərin də bərpa ediləcəyi bildirilib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *