Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası keçirilib.
Renewables.az-ın məlumatına görə, görüş zamanı iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə enerji və su ehtiyatların istifadəsi ilə bağlı əməkdaşlıq məsələləri və layihələrin həyata keçirilməsinin vəziyyəti nəzərdən keçirilib. Bu xüsusda, “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatmaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Rəylər (0):