Xudafərin Su Elektrik Stansiyasının tezliklə işə salınması üçün hazırlıq işləri sürətləndiriləcək

image

Azərbaycanla İran arasında Xudafərin Su Elektrik Stansiyasının (SES) tezliklə işə salınması üçün hazırlıq işləri sürətləndiriləcək.

Renewables.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş arasında baş tutan telefon danışığında razılığa gəlinib.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, "Xudafərin" SES 2025-ci ilə qədər istifadəyə veriləcək.

Xatırladaq ki, "Xudafərin" SES-in ümumi qoyuluş gücü 200 MVt-dır ki, bunun da 100 MVt-ı Azərbaycanın payına düşür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *