"Xudafərin" və "Qız Qalası" SES-lərin istismara veriləcəyi vaxt bəlli olub

image

"Xudafərin" və "Qız Qalası" Su Elektrik Stansiyaları (SES) 2025-ci ildə istismara veriləcək.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, "Azərenerji" ASC və Energetika Nazirliyi, "Xudafərin" və "Qız Qalası" SES-lərin tikintisi üzrə 2022-2025-ci illərdə stansiyaların tikintisinin davam etdirilməsi və stansiyaların istismara verilməsini təmin etməlidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *