Bu ilin yanvar ayında Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı ümumi istehsalın 7 faizini təşkil edib.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Yanvarda İES-lər üzrə 2 229,3 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 77,2 mln. kVt-saat artımla 172,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib", - nazir paylaşımında qeyd edib.
Paylaşımda qeyd olunan məlumata görə, 2024-cü ilin yanvar ayında, su elektrik stansiyalarından 129,4 mln. kVt-saat, külək elektrik stansiyalarından 5,8 mln. kVt-saat, günəş elektrik stansiyalarından 18,2 mln. kVt-saat, tullantıların yandırılmasından 18,9 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Nazir digər paylaşımında bildirib ki, yanvar ayında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 2401,6 mln. kVt-saat, ixrac 116,3 mln. kVt-saat, idxal isə 19 mln. kVt-saat olub.
Rəylər (0):