Azərbaycan və Yaponiya bərpa olunan enerji mənbələri əsasında optimal hibrid sistemin tətbiqi ilə bağlı pilot layihə üzrə əməkdaşlıq edəcək.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.
Nazir bildirib ki, “Komaihaltec" şirkəti ilə ucqar dağ kəndlərinin elektrik və istilik təchizatına dair müzakirələr aparılıb.
Müzakirələr P. Şahbazovun "Komaihaltec" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə aparılıb.
Rəylər (0):