Yaşıl enerji konsepsiyasının muxtar respublikada geniş tətbiqi üzrə yaradılan işçi qrupu Naxçıvanda səfərdədir

image

Yaşıl enerji konsepsiyasının muxtar respublikada geniş tətbiqi üzrə yaradılan işçi qrupu Naxçıvanda səfərdədir.

Renewables.az "NUHÇIXAN İnformasiya Agentliyi"nə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi nümayəndə heyətindən ibarət işçi qrupu Naxçıvana gəlib. Səfər ulu öndərin Naxçıvandakı abidəsini ziyarət və Heydər Əliyev muzeyi ilə tanışlıqla başlayıb. 

Səfərin məqsədi Prezident İlham Əliyevin tapşırığı ilə Naxçıvanın “Yaşıl enerji” zonasına çevrilməsi planları və bu potensialdan səmərəli istifadə ilə bağlı dəyərləndirmələr və texniki əsaslandırmalar aparmaqdır. Hazırda icrasına başlanılmış Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi layihəsi vasitəsilə gələcəkdə muxtar respublikanın elektroenergetika sisteminin ölkə sisteminə inteqrasiyası da nəzərdə tutulur.

İşçi qrupu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə də görüşəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında ən azı 500 meqavatlıq günəş enerjisi stansiyasının tikintisinin mümkünlüyünü nəzərdən keçirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *