“Yaşıl enerji” layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib

image

Energetika naziri Pərviz Şahbazov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi qəbul edib.

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb.

Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının “yaşıl enerji” hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib. Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *