"Yaşıl" enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir.
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə Belçika Xarici İşlər Nazirliyinin mətbuat katibi Nikolas Firens Gevert deyib.
"Belçika şirkəti Naxçıvanda günəş enerjisinin inkişafına təşəbbüs göstərib. Bu sahədə əməkdaşlıq davam etməkdədir. Yaşıl hidrogen sahəsində layihələrin işlənməsi də Belçikanın xarici tərəfdaşlarla əməkdaşlıq siyasətində prioritet istiqamət təşkil edir", - o qeyd edib.
Onun sözlərinə görə, Belçika Azərbaycanda müxtəlif sahələrdə bir sıra layihələrin reallaşdırılmasında maraqlıdır.
Rəylər (0):