Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq.
"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Energetika Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2023-2024-cü illərdə Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması üçün ərazinin seçilməsi və layihənin hazırlanması, layihənin razılaşdırılması, Pavilyonun tikintisini təmin etməlidir.
Rəylər (0):