“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 8-ci iclası cari ilin iyul ayında Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
Renewables.az-ın məlumatına görə, bu barədə Tbilisidə keçirilən 7-ci iclasda qərar verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.
Rəylər (0):