Yenikənd SES-də bu günədək 6,5 milyard kVt-saat elektrik enerjisi istehsal edilib

image

23 may 2000-ci il tarixində Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Şəmkir rayonunun Qaracəmilli kəndində “Yenikənd” Su Elektrik Stansiyası işə salınıb.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, stansiya ümumi gücü 150 MVt olmaqla, hər biri 37,5 MVt gücündə 4 hidroaqreqatdan ibarətdir.

Stansiyada elektrik enerjisi istehsalı 2021-ci ildə 179,6 mln. kVt-saat, 2022-ci ildə 228,0 mln. kVt-saat, 2023-cü ilin 4 ayı ərzində isə 74,0 mln. kVt-saat təşkil edib.

İstismara verildiyi tarixdən bu günədək stansiyada 6,5 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *