24 il əvvəl - 2000-ci ilin 23 may tarixində Şəmkir rayonunun Qaracəmilli kəndində “Yenikənd” Su Elektrik Stansiyası işə salınıb.
Renewables.az-ın Energetika Nazirliyinə istinadən xəbərinə görə, ümumi gücü 150 MVt olan stansiya hər biri 37,5 MVt gücündə 4 hidroaqreqatdan ibarətdir.
Stansiyada elektrik enerjisi istehsalı 2023-cü ildə 251,8 mln. kVt-saat, 2024-cü ilin ilk 4 ayı ərzində isə 106,7 mln. kVt-saat təşkil edib. İstismara verildiyi tarixdən bu günədək stansiyada 6,8 milyard kVt-saat elektrik enerjisi istehsal olunub.
Rəylər (0):