“Zabux” və “Qarıqışlaq” KSES-də il ərzində 20 milyon kilovat-saat "yaşıl enerji" istehsal ediləcək

image

“Zabux” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları (KSES) Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilib. Stansiyalar vahid ölkə enerji sisteminə inteqrasiya olunub. İstehsal edilən elektrik enerjisi Laçın rayonunun enerji tələbatına istifadə olunacaq, artıq qalan enerji isə ölkə enerji sisteminə ötürüləcək.

Renewables.az-ın yerli mediaya istinadən xəbərinə görə, bunu "AzərEnerji" ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov jurnalistlərə açıqlamasında deyib.

“Zabux” KSES Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilib. İstehsal edilən elektrik enerjisi Laçın rayonunun enerji tələbatına istifadə olunacaq, artıq qalan enerji isə ölkə enerji sisteminə ötürüləcək.

O bildirib ki, “Zabux” KSES 2,8 MVt, “Qarıqışlaq” KSES isə 4 MVt gücündədir. “Zabux” KSES-də il ərzində 8-9 milyon, “Qarıqışlaq” KSES-də il ərzində 11-12 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək ki, bu da yaşıl enerji mənbələrinə keçid və regionun tam olaraq yaşıl enerji təchizatı üçün mühüm töhfədir. Hər iki stansiyada eko-turbinlər quraşdırılıb, onlar çayda ekoloji axımın normasını qorumaqla, ümumilikdə ekoloji axımdan 1,4 dəfə daha artıq suyun çayda saxlanılmasına şərait yaradır. Çay səviyyəsinin azalması halında isə avtomatik dayanır.

Çay ekosisteminin qorunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün suqəbuledici qurğuda dib sutullayıcı, suaşıran, lilötürücü və balıqkeçirici qurğular quraşdırılıb.

Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurdakı SES-lər illik ortalama 45-50 faiz güclə çalışır. Respublikanın digər yerlərində isə bu göstərici cəmi 10-12 faizdir.

Ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionunun elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 10-da Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *