2020-ci ildə qlobal günəş enerjisi bazarı 139 QVt-a yaxın böyüyüb

image

2020-ci ildə qlobal günəş enerjisi 2019-cu ilə nisbətən 18 % və ya 138,2 QVt artıb.

“Berpaolunanenerji.az” bu barədə “SolarPower Europe”nin “Günəş Enerjisi üzrə Qlobal Bazar Baxışı” hesabatına istinadən xəbər verir.

Qurum tərəfindən hazırlanan rəsmi hesabata görə, 2020-ci ildə qurulan hər üç stansiyadan biri günəş elektrik stansiyası olub.

Hesabatda, 138,2 QVt günəş enerjisi gücünün qurulduğu və günəş texnologiyasının 39 %-lik qlobal bir paya çatdığı qeyd edilib.

Ötən il günəş enerjisinin gücü bir əvvəlki ötən ilə nisbətən 18 % artdı və beləcə, qlobal günəş enerjisinin qoyuluş gücü 773,2 QVt-a çatdı.

Yeni güclərin əlavə olunmasına görə, Çin liderdir. Belə ki, bu ölkədə günəş enerjisi üzrə 48,2 QVt yeni güc əlavə olunub. Çini 19,2 QVt-la ABŞ, 11,6 QVt-la Vyetnam, 8,2 QVt-la Yaponiya, 5,1 QVt-la Avstraliya izləyib.

“SolarPower Europe” növbəti illərdə günəş enerjisində əlavə olunacaq yeni gücləri belə təxmin edir:

  • 2021-ci il – 163 QVt;

  • 2022-ci il – 203 QVt:

  • 2023-cü il – 225 QVt;

  • 2024-cü il – 239 QVt;

  • 2025-ci il – 266 QVt.

Qurumun proqnozlarına görə, növbəti illərdə qlobal günəş enerjisinin qoyuluş gücü:

  • 2021-ci il – 900 QVt;

  • 2022-ci il – 1,1 TVt:

  • 2023-cü il – 1,3 TVt;

  • 2024-cü il – 1,6 TVt;

  • 2025-ci il – 1,8 TVt olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *