SolarPower Europe: Dünyada günəş enerjisinin gücü 2 teravatı keçəcək

image

Qlobal günəş enerjisinin qoyuluş gücü 2 teravat həddini keçəcək.

Renewables.az xəbər verir ki, bu barədə "SolarPower Europe" Assosiasiyasının hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, dünyada günəş enerjisinin qoyuluş gücü bu ilin sonuna qədər 2,2 teravata çatacaq və bu il 544 giqavat gücün əlavə edilməsi gözlənilir. Keçən ilin sonunda qlobal günəş enerjisinin qoyuluş gücü 1,6 teravata çatıb.

Assosiasiyanın 2024-2028-ci illəri əhatə edən orta müddətli ssenarisinə görə, qlobal günəş enerjisinin qoyuluş gücü 2024-cü ildə 2,2 teravat, 2025-ci ildə 2,8 teravat, 2026-cı ildə 3,5 teravat, 2027-ci ildə 4,2 teravat, 2028-ci ildə isə 5,1 teravata çatacağı hesablanıb.

Keçən il günəş enerjisinə edilən investisiyaların təsirlərinin uzun müddətli perspektivdə bu sektora müsbət təsir göstərəcəyini ifadə edən hesabata görə, bu dövrdə əlavə edilən bütün bərpa olunan enerji gücünün təxminən 80 faizi yalnız günəş enerjisindən olub.

Qlobal günəş enerjisi qoyuluş gücünün 2 teravat həddini keçərək ilin sonuna kimi 2,2 teravata çatacağı, bu ilin sonunda isə 544 giqavat gücün əlavə edilməsi gözlənilir.

Hesabatda həmçinin bildirilir ki, günəş enerjisi qlobal enerji transformasiyasına bütün digər bərpa olunan enerji imkanlarından 3 dəfə çox töhfə verir. Son illərdə enerji böhranı, artan siyasi dəstək, texnologiyada irəliləyişlər, səmərəliliyin artması və quraşdırma xərclərinin azalması qlobal bərpa olunan enerji potensialının artırılmasında təsirli olmuşdur. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *