2022-ci ildə dünyada 29 165,2 teravat-saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 2,3 % artım deməkdir.
Renewables.az xəbər verir ki, bu barədə "Energy Institute"nin "Dünya Enerjisinə Statistik Baxış 2023" hesabatında bildirilir.
Hesabata görə, 2022-ci ildə bərpa olunan enerji mənbələri (hidroenerji xaric) ümumi elektrik enerjisi istehsalının 14,4 %-ni təşkil edib. Hidroenerji istehsalı isə ümumi istehsalın 14,9 %-i təşkil edib ki, bu da 1,1 % artım deməkdir. Günəş enerjisi 4,5 %; külək enerjisi 7,2 %; digər bərpa olunan mənbələr 2,7 %-lə ümumi elektrik enerjisi istehsalını təşkil edib.
Rəylər (0):