ABŞ-də bağlanmış kömür stansiyasının ərazisində günəş elektrik stansiyası tikiləcək

image

ABŞ-nin Pensilvaniya ştatında bağlanmış kömür elektrik stansiyasının yerində günəş elektrik stansiyası (GES) tikiləcək.

Renewables.az Electrek-ə istinadən xəbər verir ki, stansiya bağlanmış "Homer City" kömür stansiyasının yaxınlığındakı mədənin ərazisində yerləşəcək.

Layihənin dəyəri 90 milyon ABŞ dollarıdır və GES-in Pensilvaniyanın ən böyük kömür stansiyasının ötən ilin iyulunda bağlanmasından sonra kritik elektrik enerjisi istehsalı boşluğunu dolduracağı gözlənilir.

Stansiya Swift Current Energy (SCE) tərəfindən qurulacaq. 402 MVt qoyuluş gücünə sahib olacaq GES 75 min evin elektrik enerjisi qarşılamaq üçün təmiz enerji istehsal edəcək.

GES-in tikintisi üçün ABŞ Enerji Departamenti tərəfindən federal maliyyə də ayrılıb.

Pensilvaniyanın ən böyük günəş stansiyasının tikintisinə bu yay başlana bilər və onun 2026-cı ilin ikinci yarısına kimi fəaliyyətə başlaması gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *