Səudiyyə Ərəbistanının ACWA Power şirkəti Özbəkistanda inşa etdiyi "Baş" Külək Elektrik Stansiyasının (KES) sayca 79-cu olan son turbininin quraşdırma işlərini yekunlaşdırıb.
Renewables.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Xatırladaq ki, stansiyanın ilk turbini ötən ilin avqustunda quraşdırılıb.
Qeyd edək ki, qoyuluş gücü 500 MVt olan "Baş" KES Buxara vilayətində yerləşir. "Envision" şirkətinin külək turbinləri və generatoru Mühəndislik, Satınalma və Tikinti (EPC) podratçısı "China Energy Engineering Corporation" (CEEC) tərəfindən yığılıb. Stansiyanın ildə 1,65 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edərək, karbon emissiyalarını ildə 750 ton azaldacağı gözlənilir.
Özbəkistan 2030-cu ilə qədər elektrik enerjisinə olan tələbatının 25 faizini bərpa olunan mənbələrdən ödəmək məqsədilə 7 QVt günəş və 5 QVt külək enerjisi gücü inkişaf etdirməyi hədəfləyir. ACWA Power şirkətinin Özbəkistandakı portfelinə ümumi investisiya dəyəri 7,5 milyard ABŞ dolları olan 10 layihə daxildir.
Rəylər (0):