Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Mərkəzi Asiyada ən güclü külək turbinini quraşdırıb.
Renewables.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Özbəkistanın Buxara şəhərində 500 MVt gücündə "Bash" Külək Elektrik Stansiyasının ilk turbini uğurla quraşdırılıb.
"Envision" şirkətinin külək turbinləri 6,5 MVt gücü ilə Mərkəzi Asiyada öz növünün ən güclüsüdür. Külək turbini və generatoru Mühəndislik, Satınalma və Tikinti (EPC) podratçısı "China Energy Engineering Corporation" (CEEC) tərəfindən yığılıb.
2025-ci ilin birinci rübündə tamamlandıqdan sonra ölkə 79 külək turbininə sahib olacaq və bu qurğuların ildə 1,65 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edərək, karbon emissiyalarını ildə 750 ton azaldacağı gözlənilir.
Qeyd edək ki, "ACWA Power"ın Özbəkistandakı portfelinə ümumi investisiya dəyəri 7,5 milyard ABŞ dolları olan 10 layihə daxildir.
Şirkət Azərbaycanda 240 MVt gücündə "Xızı-Abşeron" külək enerjisi layihəsini icra edir.
Rəylər (0):