"ACWA Power" Qazaxıstanda 1 QVt gücündə KES və enerji saxlanc sistemi layihələrini inkişaf etdirəcək

image

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti Qazaxıstanda 1 QVt gücündə külək elektrik stansiyası (KES) və enerji saxlanc sistemi layihələrini həyata keçirəcək.

"Renewables.az" "ACWA Power"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi və "Samruk-Kazyna" milli sərvət fondu ilə müqavilə imzalanıb.

İmzalanma mərasimində Qazaxıstanın energetika naziri Bolat Akçulakov, "Samruk-Kazyna" milli sərvət fondunun İdarə Heyətinin sədri Almassadam Satkaliyev, "ACWA Power"in sədri Məhəmməd Əbunəyyan və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak ediblər.

"ACWA Power"in Qazaxıstanda ilk yaşıl enerji layihəsi 2027-ci ildə başa çatacaq və dəyəri 1,5 milyard ABŞ dollarıdır.

Qeyd edək ki, Qazaxıstan 2050-ci ilə qədər yaşıl enerji texnologiyalarından istifadəni 50 faizə çatdırmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *