İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
"Berpaolunanenerji.az" bu barədə nazirliyə istinadən xəbər verir.
"Azad edilmiş ərazilərimizin “yaşıl” enerji zonasına çevrilməsi və yerli resurslardan səmərəli istifadə əsas prioritetlərdəndir. Ağdam Sənaye Parkının ərazisinin işıqlandırılmasında yerli istehsal olan günəş panellərindən istifadə edilir", - məlumatda qeyd olunub.
Rəylər (0):