Avropa İttifaqı (Aİ) ölkələrinin 2022-ci ildə günəş enerjisindəki qoyuluş gücləri ötən illə müqayisədə 47 % artıb.
“Renewables.az” bu barədə SolarPowerEurope-nin hesabatına istinadən xəbər verir.
Hesabata görə, Aİ-nin 27 ölkəsi günəş enerjisi gücünü 41 400 MVt artıraraq 208 900 MVt-a çatdırıb. Qeyd edək ki, 2021-ci ildə bu artım 28 100 MVt olub.
Bu da 12,4 milyon evin elektrik enerjisi ehtiyacını ödəməyə və 4,45 milyard m3 təbii qazın istifadəsinin qarşısını almağa bərabərdir.
Hesabatda bildirilir ki, Almaniya 7 900 MVt-la ən çox günəş enerjisi gücü istifadəyə verən ölkə olub.
Günəş enerjisi gücündəki artıma görə TOP 10 Aİ ölkələri:
Almaniya: 7,9 QVt;
İspaniya: 7,5 QVt;
Polşa: 4,9 QVt;
Niderland: 4 QVt;
Fransa: 2,7 QVt;
İtaliya: 2,6 QVt;
Portuqaliya: 2,5 QVt;
Danimarka: 1,5 QVt;
Yunanıstan: 1,4 QVt;
İsveç: 1,1 QVt.
Hesabatda bildirilir ki, 2023-2026-cı illərdə Almaniyanın günəş enerjisi gücü 62,6 QVt; İspaniyanın 51,2 QVt; Polşanın isə 21,8 QVt artacaq.
Günəş enerjisi gücünə görə TOP 5 Aİ ölkələri:
Almaniya: 68,5 QVt;
İspaniya: 26,4 QVt;
Polşa: 12,5 QVt;
İtaliya: 24,7 QVt;
Niderland: 18 QVt.
G
M
T
Y
Rəylər (0):