AİB Afrika ölkələrində geotermal enerji sərmayələrini maliyyələşdirəcək

image

Avropa İnvestisiya Bankı (AİB) Şərqi Afrika ölkələrində özəl geotermal enerji sərmayələri üçün 80 milyon avro maliyyə paketi təmin edəcək.

"Berpaolunanenerji.az" AİB-ə istinadən xəbər verir ki, Burundi, Komor adaları, Cibuti, Eritreya, Efiopiya, Keniya, Madaqaskar, Malavi, Mavriki, Mayotta, Mozambik, Reyunyon, Ruanda, Seyşel adaları, Somali, Cənubi Sudan, Tanzaniya və Uqandada geotermal enerji yatırımları üçün 80 milyon avro dəyərində maliyyə paketi təminatını təsdiqlədi.

Bank tərəfindən təmin edilən maliyyə paketi bərpaolunan enerji yatırımlarını sürətləndirmək və özəl sektor yatırımlarını dəstəkləmək məqsədilə təsdiqlənib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *