Alimlər uzun müddət istifadə olunan tandem günəş panellərinin sirlərini açıblar

image

Silikon bazadan və perovskit üst qatdan ibarət ən qabaqcıl tandem panelləri aldıqları günəş işığının təxminən üçdəbirini elektrik enerjisinə çevirə bilir. Bu tip panellər xüsusən çox ucuz texnologiya üçün olduqca dəyərlidir.

Renewables.az “SciTechDaily” saytına istinadla xəbər verir ki, Berlində yerləşən Helmholtz Zentrum Araşdırma Mərkəzinin tədqiqatçıları bu günlərdə tandem tipli panellərin işləmə prinsiplərini izah edən elmi məqalə ilə çıxış ediblər.

İlk dəfə 2022-ci ildə “Science” jurnalında ətraflı təqdimatı keçirilən tandem panelləri həmin il enerji qənaəti üzrə dünya rekordu qırmışdı. Yeni dünya rekordu isə 2023-cü ilin aprel ayında Səudiyyə Ərəbistanındakı Kaust Tədqiqat Mərkəzində tandem panelləri üzərində təkmilləşdirmə işləri aparılarkən qeydə alınıb. Yeni dəyişikliklər tandem panellərini əvvəlkinə nisbətən iki dəfə daha səmərəli hala gətirib.

Tədqiqatın aparıcı professorlarından Silvia Mariotti və Eike Köhnen qeyd edir ki, hazırda bu panellərin təkmilləşdirilməsi üzərində bir çox qruplar çalışır. Berlində isə tədqiqat işləri təkmilləşdirmədən daha çox bu mexanizmin tam izahına ayrılır, bunun ən başlıca səbəbi tandem panellərinin qənaət rejiminin digər cihazlara ötürülə bilməsi ehtimalıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *