Avropa Külək Enerjisi Assosiasiyası (yeni "WindEurope" və ya köhnə "EWEA") tərəfindən "Maliyyələşmə və İnvestisiya Meylləri 2020" ("Financing and investment trends 2020") hesabatı hazırlanıb.
Hesabata görə, ötən il dəniz külək enerjisinə 26.3 milyard avro; qurudakı külək enerjisinə isə 16.5 milyard avro yeni investisiya edilib. Bununla da, 7.1 qeqavat dəniz külək enerjisi, 12.5 qeqavat isə quruda külək enerjisi üzrə qoyuluş gücü əlavə olunub və 2020-ci ildə külək enerjisinə 19.6 qeqavat qoyuluş gücünə investisiya edilib.
Hesabatda, Avropa yeni külək fermalarına edilən investisiyanın məbləği 42.8 milyard avro olduğu bildirilir. Dəniz külək enerjisinə qoyulan investisiya isə son on ildə bu sahəyə qoyulan ən böyük investisiyadır. 2019-cu illə müqayisədə 2020-ci ildə bu sahəyə qoyulan investisiyanın məbləği 19.7 milyard avro artıb. Əksinə, quruda külək enerjisinə qoyulan investisiyada isə 2019-cu illə müqayisədə 2020-ci ildə 1.4 milyard azalma müşahidə edilir. Son on ildə ilk dəfə olaraq, dəniz külək enerjisinə edilən investisiya, quru külək enerjisinə edilən investisiyadan çoxdur.
Hesabata görə, 13.5 milyard avro ilə Birləşmiş Krallıq, külək enerjisini ən çox maliyyələşdirən ölkədir. Ölkə 13.2 milyard avronu dənizdə, 0.2 milyard avronu isə quruda külək enerjisinə "xərcləyib". Digər ardıcıllıq isə belədir:
- Niderland 7.9 milyard avro (dəniz 6.3 milyard avro; quru 1.6 milyard avro)
- Fransa 6.5 milyard avro (dəniz 4.7 milyard avro; quru 1.8 milyard avro)
- Almaniya 4.3 milyard avro (dəniz 2.1 milyard avro; quru 2.2 milyard avro)
- Türkiyə 1.6 milyard avro (quru)
- Polşa 1.6 milyard avro (quru)
- İspaniya 1.5 milyard avro (quru)
- Norveç 1.2 milyard avro (quru)
- İsveç 0.8 milyard avro (quru)
- İrlandiya 0.8 milyard avro (quru)
- Yunanıstan 0.5 milyard avro (quru)
- Rusiya 0.5 milyard avro (quru)
- Finlandiya 0.5 milyard avro (quru)
- Belçika 0.5 milyard avro (quru)
- Digər 1.2 milyard avro (quru)
Ümumilikdə isə, Avropada 2020-ci ildə maliyyə və investisiya fəaliyyəti 80 milyard avronun üzərindədir. Bunun 42.8 milyard avrosu yeni investisiya, 6.5 milyard avro təkrar maliyyələşmə, 15.1 milyard avro layihə satınalınmaları, 9.9 milyard avro şirkət satınalınmaları, 6.3 milyard avro isə sərmayə bazarlarının payına düşür.
Rəylər (0):