Avstraliya geotermal isitmə ilə bağlı yol xəritəsi hazırlayır

image

Avstraliya iqlim hədəfləri çərçivəsində, isitmə sektorunda karbondan asılılığı azaltmaq, geotermal enerjidən istifadəni inkişaf etdirmək məqsədilə yol xəritəsi hazırlayır.

“Berpaolunanenerji.az” xəbər verir ki, Avstraliya Federal İqlim Dəyişikliyi, Ətraf Mühit, Enerji və Texnologiya Nazirliyi və İqlim və Enerji Fondu ölkədə geotermal enerji ilə bağlı yol xəritəsini hazırlamağa başlayıb.

Texnoloji inkişafın təmini, yeni texnologiyaların tətbiqi qarşıya məqsəd qoyulub. Görüləcək hazırlıq işlərində şirkətlər, alimlər və digər təmsilçilər geotermal enerji təkliflərini təqdim edə biləcəklər.

Birinci mərhələdə, 2021-ci ilin yayında tədqiqat və inkişaf yol xəritəsi hazırlanacaq.

Yol xəritəsinin ilin sonunadək bitməsi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *