Avstraliyada evlərin damında quraşdırılan günəş enerjisinin gücü 15 QVt-a yaxınlaşıb

image

Cari ilin iyun ayında, Avstraliyada damlarda quraşdırılan günəş panellərinin gücü 14,8 QVt-a yüksəlib.

“Berpaolunanenerji.az“ xəbər verir ki, bu barədə Avstraliya Təmiz Enerji İdarəsinin statistikasında bildirilir.

Məlumata görə, 2,9 milyon müxtəlif yaşayış evləri və biznes mərkəzləri günəş enerjisindən istifadə edir.

Adam başına ən çox günəş enerjisi düşən ölkədə, ötən il qurulan 7 QVt bərpaolunan enerji gücünün 2,8 QVt-ı damlarda quraşdırılan günəş enerjisinin payına düşüb ki, bu da ümumi elektrik enerjisi istehsalında 25 %-lik pay deməkdir.

Bu il 3,5-4 QVt arası yeni gücün qurulacağı proqnozlaşdırılır. Qarşıdakı 10 il ərzində isə 24 QVt gücün quraşdırılacağı bildirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *