Azərbaycan və İran su elektrik stansiyaları və enerji ixracı məsələlərini müzakirə edib

image

Azərbaycan və İran elektrik enerjisinin ixracı və regional elektrik enerjisi əlaqələrinin qurulması çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Renewables.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Nazir qeyd edib ki, Çində İranın energetika naziri Abbas Aliabadi ilə enerji əməkdaşlığının gündəliyində birgə layihələrlə bağlı səmərəli görüşü olub: “Xudafərin” və “Qız Qalası” SES, “Ordubad” su elektrik stansiyaları, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihələrinin icrasından irəli gələn məsələləri, elektrik enerjisinin ixracı və regional elektrik enerjisi əlaqələrinin qurulması çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”.

Görüşdə su elektrik stansiyalarının tikintisini sürətləndirilməsinin vacibliyi qeyd olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *