Bu ilin 11 ayında (yanvar-noyabr) ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 69,7 mln. kVt-saat təşkil edib.
Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 mln. kVt-saat və ya 18 faiz çoxdur.
Qeyd edək ki, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 57,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):