Bu ilin birinci yarımilində ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 286,6 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,3 mln. kVt-saat və ya 8,8 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 30,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):