Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 12373,1 milyon kVt-saat (ondan əmtəəlik 11986,1 kVt-saat) elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 % çoxdur.
“Berpaolunanenerji.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 755,5 milyon kVt-saatı su elektrik stansiyalarının payına düşür.
Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 % çoxdur.
Rəylər (0):