Füzuli SES-də 331,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub

image

15 dekabr 2012-ci il tarixində “Füzuli” Su Elektrik Stansiyasının (SES) açılışı olub.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, hər biri 6,25 MVt-lıq 4 ədəd hidroaqreqatdan ibarət olan basqılı derivasiya tipli su elektrik stansiyasının ümumi qoyuluş gücü 25,0 MVt-dır.

Stansiyada

  • 2013-cü ilə 22,1 mln. kVt-saat;

  • 2014-cü ildə 33,1 mln. kVt-saat;

  • 2015-ci ildə 36,4 mln. kVt-saat;

  • 2016-cı ildə 38,4 mln. kVt-saat;

  • 2017-ci ildə 36,9 mln. kVt-saat;

  • 2018-ci ildə 31,7 mln. kVt-saat;

  • 2019-cu ildə 30,9 mln. kVt-saat;

  • 2020-ci ildə 24,6 mln. kVt-saat;

  • 2021-ci ildə 21,4 mln. kVt-saat;

  • 2022-ci ildə 19,3 mln. kVt-saat; 

  • 2023-ci ildə 15,1 mln. kVt-saat;

  • 2024-cü ilin 11 ayı ərzində isə 21,5 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

Beləliklə, istismara verildiyi gündən cari ilin 1 dekabr tarixinədək stansiyada 331,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *