Azərbaycanda hidroenerji istehsalı artıb

image

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 1 milyard 529,3 milyon kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,9 mln. kVt-saat və ya 4,5 faiz çoxdur.

Hesabat dövrandə "Azərenerji" ASC üzrə SES-lərdə 1 milyard 432,5 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 84 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *