Azərbaycanda ilk su elektrik stansiyası 1883-cü ildə “Siemens” şirkəti tərəfindən Gədəbəy rayonunun Qalakənd kəndində tikilib.
Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkə hesablarında maarifləndirici paylaşım edib.
Stansiya gündüzlər zavod və mədən ərazisini, dəyirmanları, emalatxana və binaları enerji ilə təmin etmək, gecələr isə elektrik enerjisindən evlərin və küçələrin işıqlandırılmasında istifadə edilirdi.
Bu stansiya Qafqazda tikilmiş ilk su elektrik stansiyası hesab olunur.
Rəylər (0):