Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 40,1 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə nisbətən 19,2 mln. kVt-saat və ya 32,4 faiz azdır.
Qeyd edək ki, Respublikada külək enerjisi istehsalı 54,3 mln. kVt-saat təşkil edib. Bununla, külək enerjisi istehsalının 74 faizi "Azərişıq" ASC üzrə stansiyalardan olub.
Rəylər (0):