2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalı 54,3 mln. kVt-saat təşkil edib.
Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,8 mln. kVt-saat və ya 31,4 faiz azdır.
Qeyd edək ki, bu dövrdə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 40,1 mln. kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da ümumi külək enerjisi istehsalının 74 faizi deməkdir.
Rəylər (0):