2023-cü ildə "Azərenerji" ASC üzrə elektrik stansiyalarında elektrik enerjisi istehsalı 1 faiz artıb.
Renewables.az Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara istinadən xəbər verir ki, ASC-nin su elektrik stansiyalarında 1 milyard 647 milyon kVt-saat enerji istehsal edilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 168,3 mln. kVt-saat və ya 11 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycanda su elektrik stansiyalarının elektrik enerjisi istehsalı 1 milyard 636,5 milyon kVt-saat təşkil edib.
Rəylər (0):