Bu il və gələn ildən istifadəyə verilən yeni bərpa olunan enerji gücləri Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmağa kömək edəcək.
Bu barədə “Berpaolunanenerji.az” Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
Agentliyin fikrincə, bu töhfə həm də regionda enerji tələbatını məhdudlaşdırmaq üçün həyata keçirilən enerji səmərəliliyi tədbirlərindən asılı olacaq.
Eyni zamanda, IEA qeyd edir ki, tədarük zəncirləri ilə bağlı problemlər olmasaydı, alternativ enerji sahəsində yeni generasiya güclərinin artımı daha sürətli olardı. Xüsusilə, 2022 və 2023-cü illərdə günəş panellərinin quraşdırılması və külək stansiyalarının tikintisinin dəyəri pandemiyadan əvvəlkindən yüksək olaraq qalacaq.
“Enerji bazarları geniş spektrli qeyri-müəyyənliklərlə üzləşsə də, hökumətlərin enerji təhlükəsizliyinə və əlçatanlığına diqqətinin artması, xüsusən də Avropada, enerji səmərəliliyi həlləri və bərpa olunan enerji texnologiyalarının tətbiqini sürətləndirmək səylərinə yeni təkan verir”, - hesabatda qeyd olunur.
Rəylər (0):