Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa Olunan Güc Statistikası 2021" (Renewable Capacity Statistics 2021) hesabatı dərc olunub.
Hesabata əsasən, 2020-ci ildə dünya üzrə bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 2019-cu illə müqayisədə təxminən 260 qeqavat artaraq 2 799 qeqavata çatıb.
Mənbələr üzrə nəzər yetirdikdə, 2019-cu illə müqayisədə 2020-ci ildə:
- hidroenerjinin qoyuluş gücü 21 qeqavat artaraq 1 332 qeqavata, həmçinin bərpa olunan hidroenerji 1 211 qeqavata;
- külək enerjisi 111 qeqavat artaraq 734 qeqavata, həmçinin quruda külək enerjisi 105 qeqavat artaraq 699 qeqavata; dənizdə (offshore) külək enerjisi 6 qeqavat artaraq 35 qeqavata;
- günəş enerjisi 127 qeqavat artaraq 714 qeqavata, həmçinin günəş fotovoltaik 126 qeqavat artaraq 707 qeqavata; günəş istilik 101 meqavat artaraq 6 475 meqavata;
- bioenerji 3 qeqavat artaraq 127 qeqavata;
- geotermal enerji 14 qeqavata;
- dəniz (okean) enerjisi 2 meqavat artaraq 527 meqavata çatıb.
Rəylər (0):