Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) "Bərpaolunan Güc Statistikası" (Renewable Capacity Statistics) hesabatı dərc olunub.
“Berpaolunanenerji.az” IRENA-ya istinadən xəbər verir ki, hesabat ingilis, fransız və ispan dillərində ictimaiyyətə təqdim olunub.
Qurumun hesabatında, 2011-2019-cu illər arası enerji istehsalı və 2011-2020-ci illər arası 130-dan ölkə və bölgənin bərpaolunan enerji balansı haqqında məlumatlar dərc edilib.
Hesabata əsasən, ötən il bərpaolunan enerji mənbələrinin (hidroenerji xaric, bərpaolunan hidroenerji daxil olmaqla) qoyuluş gücü 2 802 QVt olub.
Mənbələr üzrə qoyuluş gücləri aşağıdakı kimi olub:
-
bərpaolunan hidroenerji – 1 212 QVt, (o cümlədən hidroenerji 1 333 QVt)
-
külək enerjisi – 733 QVt, o cümlədən quruda 698 QVt, dənizdə 35 QVt;
-
günəş enerjisi – 716 QVt;
-
bioenerji – 127 QVt;
-
geotermal enerji – 14 QVt;
-
dəniz (okean) enerjisi – 527 MVt.
Hesabatda bildirilir ki, ötən il şəbəkədən kənar (off-grid) bərpaolunan enerjinin qoyuluş gücü 16 QVt təşkil edib. Bunun 1,8 QVt-ı hidroenerjinin, 4,3 QVt-ı günəş fotovoltaik enerjisinin payına düşüb.
Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesabatına əsasən, ötən il qlobal enerjinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payı 36,5 % təşkil edib.
Rəylər (0):