Beynəlxalq Enerji Agentliyi (IEA) "Azərbaycan 2021 Enerji Siyasəti İcmalı" hesabatını dərc edib.
"Berpaolunanenerji.az" IEA-ya istinadən xəbər verir ki, hesabatda Azərbaycanın mükəmməl bərpaolunan enerji potensialına sahib olduğu vurğulanıb.
Rəsmi sənəddə, olduqca günəşli və küləkli olmasına baxmayaraq, ölkəmizin həm də hidro, bio və geotermal enerji mənbələrinin olduğu qeyd edilib.
Hesabatda 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin elektrik istehsalındakı payının 30%-a çatdırılması hədəfi, eyni zamanda imzalanan günəş və külək anlaşma müqavilələrindən bəhs edilib.
Rəylər (0):