Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində (BOEMDA) COP29 çərçivəsində xarici media nümayəndələri ilə görüş keçirilib.
Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.
COP29 çərçivəsində ABŞ, Böyük Britaniya və İslandiyadan olan media nümayəndələrinin Azərbaycana olan media turu müddətində Azərbaycanda yaşıl enerji sahəsində həyata keçirilən layihələr, eləcə də COP29-a hazırlıq prosesi ilə tanış olan jurnalistlər Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevlə görüş keçirib.
Görüşdə Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələri, külək, günəş, bioyanacaq, hidroenerji, geotermal və hidrogen enerji sahələri barədə ətraflı məlumat verilib.
Sonda görüş jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Rəylər (0):