EBRD Azərbaycanla bərpa olunan enerji əməkdaşlığından məmnundur

image

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqdan məmnundur.

Renewables.az-ın məlumatına görə, bunu EBRD-nin siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman COP29-da bildirib.

"EBRD üçün ölkələrin enerji transformasiyasına dəstək vermək çox vacibdir. Alternativ enerjidən istifadənin genişləndirilməsində ölkələrə dəstək olmaq barədə uğur qazanmışıq. Azərbaycanda ilk irimiqyaslı bərpa olunan enerji layihələrinə dəstək verdik. Biz sadəcə maliyyə dəstəyi göstərmirik. Eyni zamanda alternativ enerjinin inkişafını dəstəkləmək üçün uyğun bir mühitin formalaşmasında həlledici olan siyasi sahədə də fəaliyyət göstəririk", - deyə o qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *